Bazar, 28 Aprel

"Baykar" şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisinə başladı

image

Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisinə başlayıb.

Xəbər verilir ki, şirkət TV2 və ya TV3 modelinin Bayraktar dronlarını istehsal edəcək. Bunu şirkətin rəhbəri Haluk Bayraktar Səudiyyə Ərəbistanında keçirilən silah sərgisi zamanı Reuters agentliyinə deyib. Onun sözlərinə görə, zavod Kiyev yaxınlığında tikilir.

“Zavodumuz tikilir…Bizə tikintini başa çatdırmaq üçün təxminən 12 ay vaxt lazımdır. Sonra daxili avadanlıqlara və təşkilati struktura keçəcəyik. Ukraynadakı zavod böyükdür, biz təxminən 500 nəfəri işə götürməyi planlaşdırırıq”, – deyə o bildirib.

Haluk Bayraktar yeni zavodun ildə təxminən 120 ədəd TB2 və ya TB3 cihazı istehsal edə biləcəyini vurğulayıb.

“Bu planlar tam sürətlə davam edir və heç nə onları dayandıra bilməz”, – deyə Haluk Bayraktar əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39